Varımızdır!
Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur.
Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır,
Hər əhdimizə sidq ilə peyman varımızdır!
Hər kəs nə yazır, qoy yaza, azadədir əlbət.
Azadəlik e’lan eləmiş millətə sərvət,
Hər kəs ürəyində bizə gər bəsləsə nifrət,
Heç söz demərik, bir qara zindan varımızdır!
Hər bir işimiz böyləcə bir göz boyamaqdır.
Kağızdadır hər məs’ələ məqsəd ulamaqdır.
Hər kəs danışa həbs eləmək, noxtalamaqdır.
Kəhvarənişin olsa da, divan varımızdır.
Hürriyyəti məxluq eliyir əksinə mə’na,
Tərsinə zühur eləmiş əlbət bu müəmma,
Azadə bizi vəsf edələr, dinmərik əsla,
Hər kəs sata öz məsləkin, ehsan varımızdır!
Hər kəs desə sərvətli əcəb sözdü cahanda.
Sərvətlilərə səcdələr etmək bu zamanda,
Güllə saçarıq bir belə kəs ağzın açanda,
Əksincə onun qətlinə fərman varımızdır!
Tə’rif edə bankirləri daim ədəbiyyat,
İnşa edə hər arvadına bir neçə əbyat,
Hürriyyətini etmiş olur böylə kəs isbat,
Təqdirinə min lütfi-firavan varımızdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-varimizdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.
Sui-qəsdQətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:
HücumAtabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.
QələbəAtabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində altı minə qədər müharibə təcrübələri görmüş atlı Fəxreddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundan dörd min nəfəri Seyi Əlaəddinlə bərabər Naxçıvan qalasını işğal edəcək və Atabəyin sərkərdəsi İbn-İddarın Ziyaülmülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan iki min nəfər isə Fəxrəddinlə bərabər Kür çayının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi.Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda – Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi.
Стихи других поэтов · Сатира
Ötdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
AtəşEy əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!