Edərik biz
İnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir.
Qırx min kərə bir nəğməni izhar edərik biz,
Hamsında kral namını təkrar edərik biz!
Hər yerdə ki əfsanəmizin birdi məalı,
Hər nitqdə tə’rif edərik şanlı kralı,
Hər yerdə qəbul eyləmişik vizrü vəbalı,
Millətləri zəncirə giriftar edərik biz!
Hər nə ki, deyilmişdi bizə keçdi həyata,
Hər söz ki, edilmişdi vəsiyyət həzərata,
Satdıq yenə millətləri dörd-beş həşərata,
Min şə’bədə verdik işə, iqrar edirik biz!
Bir alətik, alətliyə həm etmişik adət,
Əl çəkmərik aləmdə əgər qopsa qiyamət,
Bizdəndi, əgər çəksə cahan hər nə rəzalət,
İnsanları yatmağlığa icbar edərik biz!
Müstəmləkələr bizlərə olmuşla sənahan,
Büd’ətlərimizdən sevinir aləmi-insan,
Əlvata məkandır yenə də tazə parlaman,
Məxluqu soyub, cibləri bərkar edərik biz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ederik-biz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.
Nina və Səttar xanın qadınlarıNina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.
Yeni hücumlarQaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:
Həsənağanın toyuToy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.
Стихи других поэтов · Сатира
Mirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Ay nənə, bir qırmızı saqqal kişi!Ой, мама, с красной бородой старик -Яхши лабазник, не простой старик.
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!