Mənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?“Ağzıgöyçək”lərin yanında çalışEtmə öz sirrini faş, nəyə lazım?

O kəs ki, Vətənə könül verməyib,Bir gül becərməyib, bir gül dərməyib,Fitnədən, fəsaddan üz döndərməyibQəbrinin üstündə daş nəyə lazım?

Badəni əlindən yerə qoymayan,Tərifdən, şöhrətdən gözü doymayan,Vətəni duymayan, eli duymayanÜrəksiz adama baş nəyə lazım?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине