Bu gəlir aldadır xalqı,O gəlir aldadır xalqı…Gör nə yaman günə qalıb,Gör ki, nə haldadır xalqım…

İlanla da dolanandı,Əqrəblə də dil tapandı,İblisə də inanandı,Bu sadəlövh, fağır xalqım…

Gəmisi var, sükanı yox,Quranı var, imanı yox,

Vətəni var, baxanı yox,Kim belə qarğıyıb xalqı…

Binayi-qədimdən qardaş,Ərzi idarə edir baş,Biz hisslər əsiriyik-kaş,Kaş olaydıq ağıl xalqı…

Çox-çox xanı, çox-çox bəyi,O qaldırıb mərtəbəyə,Onlar da xalq deyə-deyə,Gecə-gündüz satıb xalqı…

Mərddən artıqdır namərdi,Dərdi çox, yoxdur həmdərdi,Hər gün başına göylərdən,Öz daşındır yağır, xalqım…

Nə qədər qanlı dişlər var,Nə qədər çirkin işlər var,Dünyada dost var, düşmən var,Bizə durub baxır xalqım…

Nə qədər biqeyrət olar,Nə qədər xəyanət olar.Nə qədər müsibət olar,Dözmək olmur daha, xalqım…

Düşmənimiz özümüzdən,Ya rəbb, qoru bizi bizdən,Bu ləkəni üstümüzdən,Kim siləcək, axır, xalqım?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине