Allah
Sən demə xəbərimiz yox,Bu ölkə satılıb, Allah…Deməyə təpərimiz yox,Bu ölkə satılıb, Allah…
Yetər, ta qoydunuz bəsdi,Başımız altına yastıq,Şuşa boyda qalamızda,Yağılar oturub, Allah,Bu ölkə satılıb, Allah…
Rütbə üçün alçalmalar,Əmmaməli, ağ çalmalar,Bu hay-küylər, əl çalmalar,Naləmi batırır, Allah,Bu ölkə satılıb, Allah…Eşitsin Təbriz, Marağa,Xətai qalxsın ayağa,Necə dözürük, QarabağArtsaxa qatılır, Allah,Bu ölkə satılıb, Allah…
Nə zamandı, nə müddətdi,Vətən seçilmir qürbətdən,Ayılıb bütün millətlər,Biz hələ yatırıq, Allah,Bü ölkə satılıb, Allah…
Çox nahaq, havayı yerə,Qoymuşuq silahı yerə,Bəzən də havaya elə,Boş güllə atırıq, Allah,Bu ölkə satılıb, Allah…
Söz ilə həmlə qururuq,Sülh ilə düşmən qırırıq,Səbr ilə doyuzdururuq,Xalqı aldadırıq, Allah,Bü ölkə satılıb, Allah…
Baxan yox haqqa, divana,Olmuşuq dəli-divanə,Gəmimiz düşüb tufana,Kömək et, batırıq, Allah,Bu ölkə satılıb, Allah…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-allah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sal qayayam, yoğrulmuşam qüdrət ilə,Heç bir rüzgar bu səfimi yara bilməz.
Yaltaqdan şair olmazYaltaqdan «şair» olar,Şairdən yaltaqdan olmaz,
Özünü qoru, xalqımMüqəddəs, ulu xalqım,Gözümün nuru, xalqım,
Daha dəhşət…Millətimiz öz yurdunda əsir-yesir,Anaların, bacıların ahı-dəhşət…
Стихи других поэтов · О божественной любви
Aşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,