Yarı-yarı, bütöv-bütöv
Çox şeyimiz bütöv deyil,Çox şeyimiz yarı-yarı…Yarı şərik, yarı xeyir,Sevməyimiz yarı-yarı…Yarıürək, yarı başıq,Tamam yarıvətəndaşıq,Yarı gülləatanlarıq,Yarı haqqı tutanlarıq,Yarı qorxaq, yarı igid,
Yarı imam, yarı seyid,Yarı nəcib, yarı kinli,Yarı şiə, yarı sünnü,Vicdanımız yarı-yarı,İmanımız yarı-yarı…Yarı ağa, yarı kölə,Yarı ağlar, yarı gülər.Yarı bizli, yarı sizli,Yarı gözsüz, yarı gözlü,Yuxumuz, bəllimiz yarı,Səxavət əlimiz yarı…Yarı ondan, yarı bundan,Yarıyacan bəni-insan.Nağıllarda olduğutək,Yarı balıq, yarımələk…Hüsnü-cəmalımız yarı,Ağıl-kamalımız yarı…Yarı qurduq, yarı sürü,Yarı sağıq, yarı ölü…Suyumuz, dənimiz yarı,Hətta vətənimiz yarı…Hətta süslüyümüz bütöv,Nadürüstlümüz bütöv,Milli korluğumuz bütöv,Rüşvətxorluğumuz bütöv…Rütbə savaşımız bütöv,Əlimiz, başımız bütöv…Burun-qulağımız bütöv,İtmiş papağımız bütöv,Çərənçiliyimiz bütöv,Mənəmçiliyimiz bütöv,Yuxu yastığımız bütöv,Qohumbazlığımız bütöv,Bölmək ənənəmiz bütöv,Yerliçi genimiz bütöv,Bü dərd-mərəzimiz bütöv,Tayfa-ərazimiz bütöv.Çox bəd işlərimiz bütöv,Keçməkeçlərimiz bütöv…Yarı bütöv, bütöv yarı,Xəmirimiz belə bişib…Bu millətin, bu diyarınTa Allaha qalıb işi…Bizə özün çarə elə,Xilas elə, Tanrı, bizi…Tamımızı yarı elə,Tama çatdır yarımızı…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-yari-yari-butov-butov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin qızın, mənim ömür yoldaşım,Əlimizdən nə tez uçdu, ay ana?
Yuxun şirin olsun sənin…Sən gör harda, mən gör harda,Dərd soldurdu, gülüm, səni…
Demə…Bir səma altında neçə bahar-qış,Bir isti ocaqda, bir ailədə,
Sənin ölümündən sonra, mənim ölümümdən sonra…İtib yollarımın yolu,Sənin ölümündən sonra…
Стихи других поэтов
Gecə-gündüz ahu kimi mələrəm,Yetişirmi sənə nalalar məndən?!
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab