Sənin qızın, mənim ömür yoldaşım,Əlimizdən nə tez uçdu, ay ana?Heç bilmirəm bu əzrayıl mürdəşir,Birdən niyə onu seçdi, ay ana?..

O, gedəli gücüm yox, qüdrətim yox,Bu həyata zərrə məhəbbətim yox,Oğullarım qalmadılar yetim, yox,O yetimlik mənə düşdü, ay ana.

Elə bil ki, nəslimizdə talan var,Baxışlarda gör nə qədər əməl var.O gedəli gör nə qədər ölən var,O gedəli köçhaköçdür, ay ana?..

Sənin saçın birdən-birə ağardı,Mənim ömrüm viran oldu, dağıldı,İnsan tamam əfsanədir, nağıldır,Əvvəli heç, sonu heçdir, ay ana…

Səfuramın anasısan, anamsan,Sən də ona mənim kimi yanansan,O gedəli sən də ömrü talansan,Yaşayırsan gözü yaşlı, ay ana…

Günlərimi təklik alıb qoynuna,O iblisdir ilişmişəm oynuna,İstər gələ yüz-yüz gəlin-qaynana,Ocağımız daha boşdur, ay ana…

Lap mələklər xidmət edə bu evə,Peyğəmbərlər hörmət edə bu evə,Allah özü diqqət edə bu evə,Səfurasız yenə heçdir, ay ana…

1994.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов