Nə vaxta kimi
Dərdin karvanıyam, qəmin suvarı,Üzüm gülməyəcək nə vaxta kimi?!Gecəli-gündüzlü işığa həsrət,Yanıb-sönməyəcək nə vaxta kimi?!
Fərraş hüzurunda qolubağlıyam,Müxənnət kəndxuda-sinədağlıyam,Haqq-ədalət hanı, dərdim ağlıyam,Dərdim dönməyəcək nə vaxta kimi?!
Sərdar Hüseyn kimi sitəmkar olmaz,Zülmündən dünyada kimsənə qalmaz,Ağ Aşıq, dərdini təbib də bilməz,Məlhəm gözləyəcək nə vaxta kimi?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ag-asiq-allahverdi-ne-vaxta-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение