Nə bilər
Nadan məclisində, naşı yanında,Ləl xırdala, gövhəri seç, nə bilər?Bir damlanı sel anlayan qanmazaBütün ümman, dəryanı keç, nə bilər?
Axtarsan da yerin yeddi qatını,Hər kəs göstərəcək öz isbatını.Namərdə bağışla köhlən atını,Ya yolunda sən zəhər iç, nə bilər?
Özünü böyüdüb dağ edənlərə,Şorunu ərimiş yağ edənlərə,Ağ Aşığın sözün ağ edənlərə,Xəznədar ol, xəznəni aç, nə bilər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ag-asiq-allahverdi-ne-biler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Leyli-nahar yeddi ağac getdim yol,Xırman boyda yer şumladım, qırdım qol.
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
ÇatmadımSevda məni çətin yola çağırdı,Dərələri aşdım yara çatmadım.
ÇəkirlərBir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.