Leyli-nahar yeddi ağac getdim yol,Xırman boyda yer şumladım, qırdım qol.Darı, arpasını əkdim bolhabol,Biçdim əvəzində dəvə qanqalı.

Sürünməkdən dizlərimdə yox taqat,Əllərimin içi oldu qabar-qat.Dərviş də istəyir hey xümsü-zəkat,Yetdi harayıma şəyirdim Alı.

Əlqərəz ruzimiz oldu üç batman,Çatınca novbatım sındı dəyirman,Yerdə qalanımı apardı siçan,Güldü Ağ Aşığa Göyçə mahalı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов