Təcnis: Ey sülatin, nə xəşmlü baxırsan
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləmHər şəhrin bir adı var, sanı varMən Misr şəhriyəm yamən deyiləm
Hicran qapusunda yüzqan eylədimZülfə şanə çəkdim yüzqan eylədimMən bir könül yıxdım yüzqan eylədimDaxi kimsə ilən yamən deyiləm
Yar qədinə geyinibdir ulalıNitqə gəlib deyir sənə ulalıNadan bilməz, sərraf tanır ulalıZümrüdəm, yaqutam yamən deyiləm
Bayqular dir bu yer ayındırGətirdin üstümə bu yer aynadır
Əhli-talib dir bu yer ayındırTəbib dərman etsə yamən deyiləm
Niyaz ağlar qəm dəryasın üzgələrSevdicəm bağçasında üzgələrHər cayının qaşı oynar üzgələrElə gəl sevdiyim yamən deyiləm
Kitabxana.az · https://kitabxana.az/ru/works/niyaz-el-sairi-tecnis-ey-sulatin-ne-xesmlu-baxirsan