Çətindi
Libasnan, duruşnan, boyun-buxunnan,İnsanı tanıyıb, bilmək çətindi.Qanannan, qanmaznan dolanmaq olar,Yarımçığı başa salmaq çətindi.
Mətləbini söylə, mətləb qanana,İşarə lazımdı arif olana,Tərəqqidən tənəzzülə enənə,“Bəh-bəh”-deyib, qəh-qəh gülmək çətindi.
Allahverdi işin yox fitnə, felnən,İnsanı qarşıla şirin dilinən,Ayrılma yoldaşdan, bir ol elinən,El olmasa, tək ucalmaq çətindi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ag-asiq-allahverdi-cetindi
Клавиши ← → для перехода, R — случайное стихотворение