Kəndinə aşığam deyən,Aşıxsan meydana gəlNamərd girməz bu meydana,Mərd isən meydana gəl.Kəndi olan kəndisini,Öyməyi layiq döyül,Şimdi sazın aləminə,Bu cəngi-dövrana gəl.

Ey arifə, bir salam ver,Soruşum halın görüm,Həqiqət haqq aşığısan,Söylə, kamalın görüm.İncil, Zəbur, Tövrat, Qur'anGöstər kitabın görüm.Dostum, əgər bütpərəstsən,Bu narı-neyrana gəl.

Mən Alıyam tamam leyli-Nəhar söylərəm mədhi,Mərifəti, şəriəti,İnnəqan haq, təriqəti,İsayısan "İncil"i sev,Musayisan "Tövrat"ı.Gər Məhəmməd ümmətisən,Boyun əy, "Qur'an"a gəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов