Gələcək
Qövlü bəla belə qurulubHəqiqət dövran gələcək.Mən deyirəm yəqin bilinQiyamət divan gələcək.Çalışgınan savab qazan,Savabsıza yan gələcək.Somu Salatınnan bezən,Qətranı qazan gələcək.
Anadan olduğun günü,Bilginən ki, qəzan vardır.Nə iş tutsan bu dünyada,Xeyir-şəri yazan vardır.Sağır-fağır incitməsənYaxşı əməl düzən vardır.Torpaq altda lət içindəNəkreyilə can gələcək.
İnsi-cinsi ol yaratmışÇəkəcəkdi qəhri-qəza.Onun tutduğu əmələVerəcəkdi əhli cəza.Çalışgınan yetim doydurPis əmələ uyma əsla.Uruhlar da cəm olacaq,Qıl körpüyə can gələcək.
Tam uruhlar ərəfəyəTamam orda cəm olacaq.Nameyi əməl əllərindəSorğu-sual qurulacaq.Yaxşı əməl ol cənnətəPis əməlli tam yanacaq.Ərəsət məhşər olacaq,Sahib əzzaman gələcək.
Cəm olarlar ərəsətəMəhəmməd Mustafa gəli,Aşıq Alı, sənin ağanƏliyi Mürtəza gəli.Fatimeyi Zəhra iləHəsəni Müştəba gəli.Zülüm ərşə dayananda,Şafeyə Hüseyn gələcək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-gelecek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bülbül gülü sevirsə də, gül xarə yar olur,İstəklin əhli-hüsn ola, bietibar olur.
Dədə Yediyarla IV deyişməIV deyişməD ə d ə Y e d i y a r
PəriUstadi-əzəldən dərsim almışam,Mayiləm hər yerdə qovğaya, Pəri!
طفلی هنوز بستهٔ گهوارهٔ فنامرد آن زمان شوی که شوی از همه جدا