Qızların
Axşamdan yağan qar yağdı, bağladı;Kəsildi bulaqdan yolu qızların.Səhər tezdən çeşmə üstə varandaÜşüyər ayağı, eli qızların.
Səhəngin doldurub qoyar görkəndə,Nə ki gözəllər var yığılıb kəndə.Kəmərin bağlayıb gərdən çəkəndəƏyrəmçədən keçər beli qızların.
Aşıq Alı vəsfin söyləyər saza,Həmişə müştaqdır şahin şahbaza,Başlayanda kəklik kimi avazaŞəkərdən şirindir dili qızların.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-qizlarin
Клавиши ← → для перехода, R — случайное стихотворение