Qalmadı
Dedim, könül, gəl al məndən nəsihət,Zay oldu bədənim, sağ da qalmadı.Qohum-qardaş hərə düşdü bir yana,Əridi ürəyim, yağ da qalmadı.
Dünya çarxı gərdiş vurdu dolandı,Könül baxdı hər tərəf bir bulandı.Ellər gəldi yaylağında dolandı,Qayıdanda heç kim dağda qalmadı.
Yazıq Alı nə çəkirsən fərağı,Ayrılıb vətəndən gəzmə irağı,Xainin başatan yanmaz çırağı,Pozuldu bostanlar, tağ da qalmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-qalmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Xəlilin göz yaşıXəlil Rza Ulutürkə*Dağlıq Qarabağdan qarlı yel əsdi,
خسرو تاج بخش ناصر دینآن سرشته به عقل و دانش داد
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,