Ötübdü zimistan, gəlib novbahar,Yetirdi qərinə, sənələr getdi.Dəli könül gündə yüz xəyal eylər,Dolandı ruzigar, havalar getdi.

Mən sənə nə deyim, ey şahi-şonqar,Ağlımı apardı bir çeşmi-xumar,Könlümə uymadı bir münasib yar,Gəldi məlakələr, sonalar getdi.

Yazıq Alı, bu qəm səni bürüdü,Eynim yaşı sel-sel oldu yeridi,Qürbət eldə yazıq canım çürüdü,Neçə çərşənbələr, cumalar getdi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов