Üçədir
Bəni-insan xəlq olandanHesabatı üçədir.Kəlmeyi-şəhadət beytinİlk misrası üçədir.Dövran açdı sirrini,Küllü-aləm yarandı.Zat, süd, övlad gərdişininDavaməti üçədir.
“cim”,”bey”, “əlif” bazarındaSövdəgardi kafi-cim.“kafi”i, “bey”i əl-ayağı,“vov”u əlsiz ərəccim.“kafi”i -“cim”də bir “əlif” var,Nəqş olunub çox nəcim.Üç səqirə dayaq dövrüKəraməti üçədir.
Nuh övladı xidmətindəVurar başa, ayağa.Gah dayağı olar başda,Gah ayaqdır dayağa.Bu bazarda xidmətiniBacarırsan say ağa.İki yolla dövran eylərHər sifəti üçədir.
Yek yaradan, du yarananGözəllikdə gözəldi.Cəmi üçə dəlalətdi,Cümlə aləm düzəldi.Aşıq Alı mürəxxəsdi,Bu dünyadan üz əl di.İki dayaq bəs eyləməzTələbatı üçədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-ucedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,