Cümə günü ürcah olduYandı canım nara, Sənəm.Baxıram mah camala,Oluram avara, Sənəm.Çəkirəm həsrətiniSinədəki vara, Sənəm,Gözlərimnən axıdıramAb ilə leysanı, Sənəm.

Heyranam ol Xudaya,Sənin tək insan yaradıb,Tarixdə görməmişəm,Bir belə ceyran yaradıb.Züleyxa dünyada nədi,Səni onnan can yaradıb,Rəhm elə mən yazığaBir busa ver barı, Sənəm.

Qaşın qara, gözün qara,Olmuşam divanə kimi.Saçların düşüb dizinə,Behiştin qılmanı kimi.Gözlərinə baxmaq olmurTürkmənin sultanı kimi.Bir bəri bax üzün görüm,Qardaşının canı, Sənəm.

Çox sağ ol, rəhmin gəldi,Ülfət qıldın can görürəm.Sən Alıya məhəl qoydun,Çox nəcibsən xan görürəm.Namizədsən öz yarına,Öz qəlbimi yan görürəm.Sən mənə bacı oldun,Məhşər günü tam, Sənəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов