Bülbül gülü sevirsə də, gül xarə yar olur,İstəklin əhli-hüsn ola, bietibar olur.

Layiq deyildir hər gözələ aşiq olmağın,Qanuni-eşqi kim ki, bilər, bəxtiyar olur.

Etmək gərəkdir təcrübə eşqin bəlaların,Səhv eyləyən bu işdə inan, qəmküsar olur.

Mən bir rəqibə mail olan yarə mailəm,Gahi mənimlə, gahi rəqibə, düçar olur.

Lazımdır indi, səbr eləsin əhli-eşq olan,İbrətlə baxmayan bu işə biqərar olur.

Kaş, eylə nazənin gözəli sevməyəydim heç,Vahid, bu fikirdən ürəyim tarimar olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви