Gözəlim, gözlərinin söhbəti hər yanda olur,Bu məlahətli baxışlar quzu ceyranda olur.

Bir əlac et mənə, istəkli təbibim sənsən,Aşiqin çarəsi öz sevdiyi cananda olur.

Bülbül istər gülü, tuti şəkəri, mən də səni,Eşq sevdası bu üç aşiqi-nalanda olur.

Nə təbiət görüb ömründə, nə dünya yetirib,O gözəllər ki, bizim Azərbaycanda olur.

Gül əgər bülbülü incitsə, vəfasız deməyin,Qızların taqsırı olmaz, günah oğlanda olur.

Bu gözəllik ki, sənin var, gözəlim, insafən,Nə mələkdə, nə pəridə, nə bir insanda olur.

Mübtəla könlümə bilməm, nə olub, hər gün itir,Axtarırkən yenə ol zülfi-pərişanda olur.

Vahidin bəlli deyil məskəni pərvanə kimi,Gah şəmə dolanır, gahi gülüstanda olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви