Yarın rəhi-eşqində könül qan ola, xoşdur
Yarın rəhi-eşqində könül qan ola, xoşdur,Hicrində gözüm hər gecə giryan ola, xoşdur.
Mən ki, bu qara gözlülər eşqində əsirəm,Sinəm hədəfi-navəki-müjgan ola, xoşdur.
Sən əsrimizin indi Züleyxasısan, ey gül!Aşiq sənə min Yusifi-Kənan ola, xoşdur.
Yığma başına, naz ilə bir şanə çək hərdən,Könlüm kimi zülfün də pərişan ola, xoşdur.
Gəl sinəni göstər mənə hər sübh zamanı,Gül bülbül üçün çaki-giriban ola, xoşdur.
Rüxsarın odu könlümü yaxdıqca sevinnəm,Pərvanə üçün şöleyi-suzan ola, xoşdur.
Canan nə cəfa eyləsə, Vahid, yenə səbr et,Eşq əhli əsiri-qəmi-canan ola, xoşdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-yarin-rehi-esqinde-konul-qan-ola-xosdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Стихи других поэтов · О любви
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.