Kim der ki, ləli-nabinə kövsər deyilməyib?
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,Heç bir kəlamə bunca mükərrər deyilməyib.
Əyri qılınc deyən çox olub kəc hilalına,Müjganların xədənginə xəncər deyilməyib.
Hər kim görüb, cəmalına min afərin deyib,Bir mahiruyə bir belə afər deyilməyib.
Hicrində çəkdiyim bu qədər ahü nalələr,Ol şuxi-nazəninə, deyirlər, deyilməyib.
Meyxanələrdə söhbəti-ruyin çox etmişik,Ləlin yanında badəyə əhmər deyilməyib.
Cananə kim demişisə Səyyari, Vahidi,Odlara taleyi yanan Azər deyilməyib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-kim-der-ki-leli-nabine-kovser-deyilmeyib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Yansın dilim ağzımda, desəm, nazüvi az et,Naz et mənə, ey sevgili canan, mənə naz et”.
Füzulidən təxmisDiyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,
Bizim olsunSevgilim, bu bağda biz də bağbanıq,Bu gül, bu laləzar, qoy bizim olsun!
Bu ceyranEy əhli-dərdlər, dinləyin məni,Əqlimi başımdan aldı bu ceyran!
Стихи других поэтов · О вине
Qoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
هان تا به خرابات مجازی نائیتا کار قلندری نسازی نائی
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.