Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
Dami-zülfiylə məni bənd eylədi ol şuxi-şəng,Mən xəyal etdim ki, sərvə sarmaşıb mar əyləşib.
Söylədim, cana, əsirəm zülfünə, ey tazə gül,Söylədi, səslənmə, aşiq, gülşənə xar əyləşib.
Çəkmə, məşşatə, nigarın zülfünə sən şanəni,Hər telində şanənin, min aşiqi-zar əyləşib.
Vahida, çəkmə ayaq hərgiz dəri-meyxanədən,Məst olanlar Vahidi görsünlər, huşyar əyləşib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-meclisi-egyarde-gordum-ki-dun-yar-eylesib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçsəydi xoş günüm gər o zülfi-siyah ilə,Hərgiz şikayət etməz idim suzi-ah ilə.
Hər kəs cahanda dost ola bir xeyirxah iləHər kəs cahanda dost ola bir xeyirxah ilə,Keçməz həyatı naleyü fəryadü ah ilə.
Bir ləhzə gülmədi üzüm ol gülcamal iləBir ləhzə gülmədi üzüm ol gülcamal ilə,Ömrüm yetişdi axirə yüz min xəyal ilə.
Ey deyən, xar yaxınlaşdı vəfasız gül iləEy deyən, xar yaxınlaşdı vəfasız gül ilə,Gül bu az ömrü ilə bəhs qılır bülbül ilə.
Стихи других поэтов · О любви
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.