Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin,Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?!
Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami,Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?!
Keçər nazü nəimi-cavidandan aşiqi-sadiqVə lakin müşkül işdir ləzzəti-didardən keçsin.
Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən,Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin.
Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş,Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin.
Макта — последний бейт с тахаллусом поэта. Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan,Məgər candan keçib ol türreyi-tərrardən keçsin?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qumri-meger-divanedir-ussaq-esqi-yarden-kecsin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdiBu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,