Bütün gözəlliyi tanrım o sərvinazə verib,O hər nə etsə, təbiət ona icazə verib.

Ol ahugözlü məni qorxuram xətayə salaKi, fitnəsilə çox aşiqləri güdaza verib.

Əyildi səcdəyə, mehrab gördü qaşlarını,Odur ki, əhli-riya meylini namazə verib.

Gülərdi qırx gözəl eşqilə, ağlayardı Xəzər,Həmin o zövqü səfanı Kürə, Arazə verib.

Cəmalı Yusifə, cahü cəlali Məhmudə,Kəmalü mərifəti, sirri var, Əyazə verib.

Gözəllik aləminin şəhriyarıdır bu pəri,Buna bu səltənəti-hüsni indi tazə verib.

Bu fəqrimiz bizə, Vahid, böyük səadətdir,Zəmanə, sərvət ağır yükdür, annamazə verib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви