Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?

Vermə fəqirə, səy elə, yığ bangə pulları,Əhli-səxavət olma, səxadən nə faidə?

Xalqın malını cəhd elə ye, xoş keçirt günün,Qədri-həyanı bilmə, həyadan nə faidə?

Aludə olma məktəbə, dil vermə sənətə,Uyma səfayə, zövqü səfadən nə faidə?

Xəffaş kimi zülmət içində dolan müdam,Əsla ziyanı sevmə, ziyadən nə faidə?

Məzlumə zülm qılmaq ilə ad qazangilən,Kim der cəfanı görmə, cəfadən nə faidə?

Təyyarə ilə çıxma göyə, yerdə ol müdam,Seyri-səmanı qılma, səmadən nə faidə?

Cəhd et, həmişə dəhrdə ahəngər olgilən,Zərgərlik etmə – simü tiladən nə faidə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви