Hər kim mənə zülm eyləsə, ey gül, zərər eylər,Bir gün sənə də naleyi-zarım əsər eylər.

Gülüzlülər eşqində əyər xakə də dönsəm,Qəbrim daşına badi-səbalər güzər eylər.

Kuyindən əyər dərbədər etmiş məni əğyar,Ahim odu bir gün onu da dərbədər eylər.

Biganə məni həsrəti-vəslinlə qocaltdı,Çox çəkməz, onu haqq özü məndən betər eylər.

Zülfün üzünü il uzunu tutsa, darıxma,Aydın gecəni zülmət edən kəs səhər eylər.

Min naz ilə ol şux qəfildən məni yıxdı,Zənn etmə ki, səyyad ox atarkən xəbər eylər.

Vahid, səni istər sala biganə nəzərdən,Qəm çəkmə, bu bəsdir, sənə xalqın nəzər eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви