Dilbəra! Atəşi-eşqin ilə suzanəm mən,Yanıram, rəhm elə, qoyma bu oda yanəm mən.

Bağlayıbsan məni zənciri-səri-zülfün ilə,O səbəbdən belə divaneyi-dövranəm mən.

Rəhmə gəl, tökmə nahaq qanımı, öz aşiqinəm,Gecə-gündüz səri-kuyində nigəhbanəm mən.

Bir də gər kuyinə cənnət desəm, insan deyiləm,Ey cəfapişə, bu bir səhvə peşimanəm mən.

Bir nigah ilə gözün aləmə min fitnə salıb,Bu necə fitnəvü cadudu ki, heyranəm mən?

Ey güli-qönçə, cəfavü sitəmindən daimBülbülasa çəməni-eşqdə giryanəm mən.

Vahid, ümmidi-vüsalilə xoşam cananın,Ta o gündən ki, əsiri-qəmi-hicranəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви