Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.Yandırubdur məni eşqin atəşi,Ala gözlü xuban hanı görünməz.

Xalq içində məni məcnun eləyən,Dəmbədəm çeşmimi pürxun eləyən,Səhralarda məni gülgun eləyən,Ol gözləri fəttan hanı görünməz.

Ol mələk mənzərim, pəri peykərim,Günəş təlalulum, qönçə dilbərim,Qolları şümşadım, qədi ərərim,Ol sərvi-xuramanım hanı görünməz.

Cismim hicr odunda biryan olubdur,Bu şəhla gözlərim al qan olubdur,Xubalara bu canım qurban olubdur,Canım alan canan hanı görünməz.

Əqlimi başımdan edən sərsəri,O tavus nişanlı fərişdə pəri,Mən Fəqirin sevdiyi gözəl dilbəri,Ol mahi-mehriban hanı görünməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви