Edəydi
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.Çataydıq qol-qola gəzəydik bilə,Qəlbini qəlbimə qərib edəydi.
Heç kəs sevməsin şirin Leylanı,Bikəsəm çağırram qadir sübhanı,Həmişə elərəm zikri-Quranı,Haqq özü duamı mücib edəydi.
Ey tuba boylum, gülgər buxaqlum,Ayna əndamlum, əhmər yanaqlum,Dişləri mirvarim, ləl dodaqlum,İstər ki şəmsə məib edəydi.
Qınamıq sevmişəm hur ü ğilmanı,Özümə fərz etdim çahi-zindanı,Olaydım nazlu yarın mehmanı,Şad olub dostlar əcib edəydi.
Təzədən eşq ğalib oldu kənə,Saçları sünbüldür, gərdəni minə,Fəqirəm yar yolunda yandırdım sinə,Cəm olub qövm ü qardaşım mərib edəydi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/feqir-el-sairi-edeydi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Billəm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Sənət eşqiVuruldum o gün ki, şerə, sənətəUnutdum sevdiyim əyləncələri.