Billəm ki, edər axir ol nərgisi-məstanə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Billəm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Yox hacəti gülgunə, ol arizi gülrəngə,Bir şanə gərək naçar ol zülfi-pərişanə.
Sən görməmisən axir tərsa qızın, ey kafir,İmanə gəl, ey zahid, tə’n eyləmə Sən’anə.
Hər nə deyəcəksən de, hər… yiyəcəksən, ye!Bir gün sənə mən çallam bir zərbəti-xəsmanə.
Dur get, göz önündən it, çox başımı ağrıtma,Hər yanə gedirsən get, gəlmə dəxi bu yanə!
Qurbanın olum, saqi, səndən nə təğafüldür,Mən zahidə tuş gəldim, sən dövr elə məstanə!
Məst olmamışam, billah, bu nəş’əni xam etmə,Tök ver mənə bu meydən bir sağəri-rindanə.
Sən görmə rəva məndən bu suzi-dil əskilsin,İstərsən əgər qoy-qoy yansın oda pərvanə!
Dur ki, cigərim yandı, məcmər kimi odlandı,Az qaldı gözüm yaşi versin məni tufanə.
Макта — последний бейт с тахаллусом поэта. Gər etsə tələb könlün vəsli-ləbi-canani,Gəl sən də Nəbati tək qoy başını meydanə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-billem-ki-eder-axir-ol-nergisi-mestane
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Düşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Olu yarəb ki, düşə daməni-canan əlimə,Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Стихи других поэтов · О любви
Məni bir salatın dəvət elədi,Dedi: oğlan, al badanı bir-bir çək
Səni sevdim ki...Mən səni sevəndə yaz havasıydı,neyləyim, taleyin gözü tökülsün.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
SevgilərSevgi vardır ki, dodaqlarda açar güllərini,Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.