Çoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?O mənli yollarda mənsiz qədəminBitən izlərimi göynətmiş oldu.

Üz-üzə, qəlbimi qəlbin eşitmir,Səsimin ətri yox,Sözümün dadı.Gərək qucağıma yığıb eşqimiSevgi bazarında dəllal olaydım.

Bir sevgi qaçaydı neçə ünvana,Qıfıllı ürəklər açar səsindən...Məhəbbət, sədaqət keçən ünvanaXəyanət poçtalyon vəzifəsində.

Yox, təzə yol keçmək dəmlərim keçib,Qəlbimdə yaşayan yaşar yadımda,Mən ki, nə təsbehəm, nə məşvərətçi,Yurd satıb, düşərgə axtarmadım da.

Önümdə qaynaqdı dolay dolaya,Gədiklər aşıran yollar sevincək...Mən axar su kimi üzüyolayam,Gülşənə yönəldən əllər sevincək.

Yüngülcə bir sözdü ağır yük qədərBu uzun yollarda köhlən dostuna.Keçən hər günə ki, keçmiş demirlər,«Köhnəlmiş dost» dedin köhnə dostuna.

Yuyulmaz yumaqla, qopmaz bıçaqla –Bu sözü sinəmə nə qəfil əkdin!Odunu itirdin, adını saxla,Vəfalı ilqarım, vəfalı əhdim...

Avqust, 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви