Yüz ilə
Qədir mövlam, budur səndən diləyim,Görüm yarın ömrü yetsin yüz ilə,Artıq ola malı, mülkü, dövləti,Altmış nəri bir qatara düzülə.
Sədəf incə, dodaq incə, dil incə,Canım çıxdı yar könlünü alıncaÖlüm yeydi bu dünyada qalmca,Bir igid ki qatarından üzülə.
Qaşlarına çəkilibdi, bil, qələm,Ağız davat, göz mürəkkəb, dil qələm,Yalan desəm çək gözümə mil, qələm,Sənəd verrəm, qulun ollam yüz ilə.
Abbas deyər: dildəki hərf neçədirNeçə gövhər, neçə ləl, neçə dür,Sanamadım zülfün muyu neçədir,Qorxuram ki, şana dəyə, üzülə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-yuz-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
صلاح از ما مجو زاهد که ما رندیم و قلاشیمگهی دُردیکش میخانه گه سرخیل اوباشیم
Bayatı-tapmacalarAşiqəm mən bir ata,Bir oğula, bir ata.