Bəd xəbərlər
Bəd xəbərlər qoymur məni şer yazmağa,Dönür döyüş səngərinə ocağım-odam.Vaxtım qalmır ürəyimə qulaq asmağa,Vaxtım qalmır qələmimlə həmsöhbət olam.
Göz önündə: yurd da bəlli, yurdsuz da bəlli,İnadına çəpər çəkib qəsbkar, harın.Ərəb Şərqi od içində illərdən bəri,Məşvərəti davam edir diplomatların...
Bircə qarış torpaq verin bayraq sancmağa, –O bayrağı səngərlərdə gəzəri kimdir?!«Torpaqdan bərk yapış» demək – torpağı yoxa,Başı yoxa başsağlığı vermək kimidir.
Şad xəbərlə qohum çıxır bəzən bəd xəbər,Haradasa həmdəm tapır, ürək qızdırır,Ömrü boyu arvadına çor deməyənlərNeçə xalqın taleyinə quyu qazdırır.
Bəd xəbərlər qış dumanı, yaz çovğunu tək...Neçə misra itik düşür iş otağımdan.Çoban çaşdı – bir qoyunu bir qurd yeyəcək,Alim çaşdı, xadim çaşdı, mat qalır zaman!
Qəzetlərdə hücum çəkir filə qarışqa,Döyüş gedir dovşan ilə şir arasında.İnsan durub özü ilə qarşı-qarşıya.Ağıl qalıb xeyir ilə şər arasında.
«Sənin qəzan dosta gəldi» – xəbəri bəddi,Dost əlinin sənə dəyən xətəri kimi.«Bir yaltağa söz verildi» – xəbəri bəddi,«Sevdiyinin sevdiyi var» xəbəri kimi.
Bəd xəbərlər bəd niyyətlər başında xonça,Bədəməllər yığnağında bəzəkli daş-qaş.Bəd xəbərə qail olan dillərə xəncər!Bəd xəbərə malik olan qulaqlara daş!
Qəzəbini duza qoyur kefdən bezənlər,Gündən-günə əsrin yolu dirənir dağa.Yer şarını aşırmağa uçrum gəzənlərQoymur məni ürəyimə qulaq asmağa...
16 avqust 1982
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bed-xeberler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Cahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən,
Bir peyğəmbər yaşayırdı aramızdaQoy kor olsun ürəyiniz,Gözləriniz,
ما را هدف تیر بلا کرد فلکبا محنت و درد مبتلا کرد فلک
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!