Sevgi yolu... dərəsi bir, düzü birTutdun onu – astarı bir, üzü bir...Büdrəməsən, biri yüzdür, yüzü bir...Nə sayalı, saylı yollar var imiş!

Çoxda çoxa, azda aza qayıldım,Mən nəfsimi istəyimdən ayırdım.Sənin meylin əyiləndə ayıldım:Düzü kəsən əyri yollar var imiş!

Ömür boyu dan yerinə qol açdım,Qarlı dağdan qarlı dağa yol açdım,Bir ürəyin zülmətində yol azdım,Nə yaxşı ki, aylı yollar var imiş!

Bu dünyayla cəngə çıxam... yaşım az,Qalalarla bəhs etməyə... daşım az,Toz yükünü bir araba daşımaz...Nə sovqatlı, paylı yollar var imiş!

Üzün qara gözündəki kölgədən,Dilin batdı «nə bilimdə», «bəlkədə»,Bir ünvana döndüyümüz döngədənAyrı səmtə ayrı yollar var imiş...

11 avqust 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов