Əlli il yaşadım
Əlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.Ulduzlar qocalır,Ulduzlar ölür,Mən nəyəm? Zərrənin milyonda biri.
Hələlik düşüncəm, qəlbim duyğulu,Kiməsə gəmiyəm,Kiməsə yükəm.Vay odu – olasan yataq yorğunu,Vay odu vədinə ölüm gecikə.
Oddan qor götürür əllərim hələ,Küldə eşələnmək deyildir peşəm.Çoban çomağına yalmanıb hədər,Yalaq kənarında çöngüməmişəm.
Özümdən özümə yol getdim bəzən,Köhnə bayatıdır çox dediklərim.Dibində su tapdım – şərbətə bənzərKeçəl yoxuşların, qozbel diklərin.
Duruxmaq bilmədi yorğan köhlənim,Üzəngi itirdim cilov tapanda.Ömrüm də əsrimdə toz olar mənimBüküb öz əsrimi qoysam sapanda.
Yox dərya üstündə qalam, qalaçam,Dalğası dağ yıxan dərya kimiyəm.Nəyim töküləcək, nəyim qalacaqƏsəbi gərilmiş dünya kimiyəm.
Söz sözə çarpanaq,Söz sözə özül,Yanğın söndürəndir söz yanacağı,Dünyanın sözüdür, dünyanın özü,Dünyanın sonuncu dayanacağı...
Əlli il yaşadım – orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.Ulduzlar qocalır,Ulduzlar ölür:Mən nəyəm? Zərrənin milyonda biri...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-elli-il-yasadim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dəsti-təsxirində tutmuşkən bəşər dünyaları,Yerləri, mə'dənləri, heyrətfəza dəryaları,
Xəzərə xitabYenə bu gecə də keçdi yandan,Gözümdə yuxu yox, yenə bidaram.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.