Bu səhər qatara ötürdü məniÖz ayaq izlərim, öz ayaq səsim.Yoxdu gül verənim, əl eləyənim,Alışar anamın qəbri, bilməsin...

Deyirəm, özümə baxıb aynada:Əziz dost, ayağın, əlin var olsun.Özümə deyirəm: – Sağ ol, əlvida!Özümə deyirəm: – Uğurlar olsun!

Çətindir, ayrılıq hissinə hayanGedən özü ola, tək özü ola.Sanırsan sahibi məlum olmayanƏn ağır, gərəksiz bir yüksən yola.

Kim isə, hardasa itirib səni,Qaytarıb harasa yollayacaqlar.Ya da bir uçrumda götürüb səniDərənin dibinə tullayacaqlar.

Dalğalar diksinir bu əhvalımdan,Xəzrini vağzala göndərir Xəzər.Çinarlar, qovaqlar evlər dalındanBoylanıb aramla əl eləyirlər.

Açılır üfüqün nur sərhədləri,Səhər toranını göylər əridir.Yol boyu uzanan işıq xətləriBakının qayğılı nəzərləridir.

Dalımca tarlalar, düzənlər axır,Yol payı gətirir Mil bacım, demə.Bəstəkar qardaşım Kür yola çıxıb,Nəğmə bağışlayır, bir dərə nəğmə!

Qoca atam kimi xəyala dalanDağlar da kövrəlib dalımca baxdı.Mənim gedişimdən xəbərsiz balamGöygöl oyananda ağlayacaqdır.

Arazın yolunu bir məftil çəpərKəssə də, sədası mənə çatırdı.Uzaqda ağaran bir kiçik təpəAnamın qəbrini xatırladırdı.

Yol boyu xoş hava şərbətim idi,Qayası da qədəh, daşı da qədəh.Meşə nəğmə dedi, çöl nəğmə dediQatar üfüqləri aşana qədər.

Nə qədər böyüsəm körpənəm yenə,Hər yerdə çiyninə sən götür məni.Beləcə, bir ömrün son mənzilinəAzəri torpağı, sən ötür məni.

Yalta, yanvar, 1968

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов