Ata millət, ana millət, ağlama
Pəncərəni külək döyüb ağlasa,Eyvanına quşlar qonub ağlasa,Ürəyini nalən yonub ağlasa,İçində yan, ağı deyib, ağlama,Ağlamağın yeri deyil, ağlama.
Bu döyüşdü – əzilən var, əzən var,Ölüm hökmü qoltuğunda gəzən var;Burda «bizik», nə «mən» vardır, nə «sən» var.Yox, ağlama, ana millət, ağlama!Qorxuram ki, sına millət, ağlama.
Hayqır, könül, bundan betər çağ hanı?İnsan yanır, torpaq yanır, dağ yanır.Bacım, indi ağlamağa vaxt hanı?Qardaş deyib, yurddaş deyib, ağlama!Ağlamağın yeri deyil, ağlama.
Əyilməkdir ağlamağın tərs üzü,Dərdi dartıb üzməyəni dərd üzür,Ağlayanı tez də tapır dərd-hüzür,Bəlkə tanrı belə yazıb, ağlama.Səsini boğ, millət qızı, ağlama.
Bu torpağın son qurbanı mən olsam,Öz odumda yanıb külə tən olsam,Eldən ötən güllələrə dən olsam,Ata millət, «oğul», deyib, ağlama,Ağlamağın yeri deyil, ağlama!
3 mart 1992
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-ata-millet-ana-millet-aglama
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
İkinci deyişmə*Aşıq Mahmud
Olsun"Çəkildi" deməkdə sözün qələtdi,Kalamın özünə aşikar olsun.
Rəhgüzari-mətbuatda bir şükufeyi-maarifSabahleyin odamdan çıxıb mətbəəyə gedirdim. Kitab çantasını ziynəti-duşi-şətarət edən bir xristian balasına rast gəldim. Bu sevimli tifli-növxanın bir ədayi-mələkanə, bir vəz'i-vicdanpəsəndanə, bir tərzidilfiribanə ilə gülşəni-ətfal olan məktəbə gedişi həqiqətən nəzəri-diqqətimi cəlb etdi. Hənuz 8-9 yaşında bulunan bu gülqönçeyi-ürfanın könlümə ilqa etdiyi hissiyyati-mə'sumaneyi-kudəkanəsi şe'r olaraq dodaqlarımdan tökülməyə başladı:Ey iktisabi-elmə şitaban olan çocuq,
ای دل اینجا کوی جانان است از جان دم مزناز دل و جان جهان در پیش جانان دم مزن