Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsi
İkinci deyişmə
Aşıq Mahmud
Naşı sarban öyünməsin bu yolda,Səhra mənzilində nər hünər eylər.Hansı dəyirmanın suyu çox olsa,Daşı fırlatmaqda pər hünər eylər.
Aşıq Valeh
Lovğa danışıqda nadan saz olar,Döyüş meydanında ər hünər eylər.Bir bədən ki, qəfil keçsə kəməndə,Salamat qurtarsa, sər hünər eylər.
Aşıq Mahmud
Gün ağır keçməklə həftə ay olmaz,Sızğa bulaq coşsa daşqın çay olmaz.Ala qarğa qızılquşa tay olmaz,Pələng davasında şir hünər eylər.
Aşıq Valeh
Qurd yanılmaz ovda necə qarısa,Kötül ipək verməz yüz də sarısa.Ziyarət et harda ocaq varısa,Kamalı azlara pir hünər evlər.
Aşıq Mahmud
Aşıq Mahmud coşar meydan açanda,Day titrəyər köhlən mənzil qaçanda.Üstü ağır olub, damlar uçanda,Zamın kara gələr, tir hünər eylər.
Aşıq Valeh
Nadan çaşar danəndələr yanında,Hər könül soltandı öz gümanında.Ağlı dərin ustadlar meydanında,Aşıq Valeh coşar hər hünər eylər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-asiq-valehle-asiq-mahmudun-2-ci-deyismesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
AğlamaBağırma, əzizim,Adam körpə olanda,
Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasanNola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan,Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan.
Musayə təsəlli göründi TurdənMusayə təsəlli göründi Turdən,Məst olub ağlını şaşırdı sirdən,