Bağırma, əzizim,Adam körpə olanda,Güc gəlməz boğazına.Əlacımız yoxdu, dözürük nazına.Sənin də qanacağın olsun,Bir susan çağın olsun.Görüm böyüyəsən səni,Özünə oxşayan çağan olsun.Vallah, yalan deyiblər sənə,Dünya lap gözəldi, ağlama,Bir də harda gəldi ağlama...Bir də nə görmüsən hələ,Dişin yox,Ağrısını biləsən.İşin yox, öhdəsindən gələsən.Məcbur olmamısan ki,Ağlamalı yerdə güləsən.Nə görmüsən hələ sən.Ağlama göz yaşın qurtarar,Böyüyəndə həsrət qalarsan,Bir gilə göz yaşına.Gəzərsən ortalıqda,Gülə-gülə öz başına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости