Hardaydı, bilmirəm, gəldik üz-üzə,Gözlər yana baxdı, ürək alışdı.Buludlar dayanıb baxdılar bizə,Lalələr titrəşib nəsə danışdı.

Ayrıldıq gərəksiz saxta vüqarla,Biz dönüb baxmadıq geriyə ancaq.O vaxtdan gedirəm mən bu yollarlaÜrəyim deyir ki, dön bir, geri bax.

“Geri bax” söyləyir saçımda külək,Arxada qalıbdı könlümün gözü.Nəyə lazım imiş üz-üzə gəlmək,Yollar başqa səmtə çəkirsə bizi.

O vaxtdan gedirəm bu yollarla mən.Deyirəm dayansın üz-üzə gələnGöydə təyyarələr, yerdə qatarlarOrda görüşməmiş ayrılanlar var.

Tələsmə üz-üzə gəlib ötməyə,Bircə an dayanın, dinin, danışın.Küləklər üstündən ötüşür deyə,Bilməyir sirrini minillik daşın.

Siz ar bilməyiniz ürək açmağı,Dayanın, ötsəniz, boylanın geri!Zaman da tələsmir ömrün bu çağı,Dayanır gözləyir görüşənləri.

Görüşdük nə vaxtsa, bir yol hardasa,Dinmədin, ürəyim, əzabındı çək.Bəlkə bir də yollar görüşdürəcəkBizi qocalanda, əlimdə əsa.

Dayan! Dur! – deyərəm mən də o vaxtıDeyərəm: “Qulaq as, qəlbim nə çəkdi...”Buludlar göylərdə qaralacaqdı,Lalələr kədərlə deyinəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе