Musayə təsəlli göründi Turdən
Musayə təsəlli göründi Turdən,Məst olub ağlını şaşırdı sirdən,Ənəlhəq sirrini aldım Mənsurdən,Məhəbbət kəmərin ərkandan aldım.
Həq bilir, sözümə hiylə qatmazam,Hər kəsə bu siri əyan etməzəm,Qiyməti bilinməz yerdə satmazam,Mən bu nəsihəti bir candan aldım.
Çalış bu girdabın çıx yörəsinə,Dərman gizlənibdir dərd arasına,Məlhəm sarılarmı eşq yarasına?Bu elmi, hikməti Loğmandan aldım.
Aləm başdan-başa bir seyrangahdır,Gir könül şəhrinə, gör nə dərgahdır.Bir gizlicə sirdir, qüdrətüllahdır,Yazılmış dəftərü divandan aldım.
Tərkü təcrid oldum, tökdüm qəbayi,Əynimə geyindim şalü əbayi,Mana sorun kimdən aldım yasayi?İsmayıla enən qurbandan aldım.
Dünyadan əl çəkdim, ərkandır işim,Çeşmilə, bürhandır, tökülür yaşım,Sizlərə hədiyyə, eldədir başım,Ol yaşıl yaprağı Salmandan aldım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-musaye-teselli-gorundi-turden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşiq isən gəl bərü, kim, cani-canan məndədir,Zahida, sən xandasan, kim, nuri-iman məndədir.
Aşiq odur kim, sözü canü dililə yar birAşiq oldur kim, sözü canü dililə yar bir,Bir durur aşiq əzəldən sevgili dildar bir.
Badi-sübh əz suyi-məşriq afitab almış gəlürBadi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Стихи других поэтов · О мудрости
خنک آن پردلان دین پروردل بدین صرف کرده، جان بر سر
Kimdir arif? – deyə sordum, dedilər əsrə görə«Кто просвещенный?» - я спросил и услыхал в ответ!«Тот, кто религию отверг и святости лишен».
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?