Aşiq odur kim, sözü canü dililə yar bir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Aşiq oldur kim, sözü canü dililə yar bir,Bir durur aşiq əzəldən sevgili dildar bir.
Əhli-eşqin məniyi-zatü süfati bir durur,Adəmə qıl səcdə zahid, qılmagil inkar bir.
Cümlənin halın bilən sənsən niyə bildirməyən,Demə hər naməhrəmə gər qılmasa iqrar bir.
Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən,Dərdimin dərmanı doğru, yar bir, əttar bir.
Pir birdir, sirr bir, iqrar bir, köftar bir,İkilik sığmaz bu yolda, sirr ilə sirdar bir.
Sən bilirsən bəndənin halın, nə bilsin bilməyən,Birmidir, ya yüzmidir, ya minmidir, bazar bir.
Atəşi-eşqin tutuşdurdu vücudim şəhrini,Baxaram ki, hur birdir, nur birdir, nar bir.
Sədhəzaran zülm edərsən, dönməzəm, döndərməzəm,Yüzümü, ya sözümü, ya gözümü, ğəmxar bir.
Canə minnətdir nə gəlsə ğəm yemən şükr eylərəm,Canı verdim, başı qoydum, olmuşam bimar bir.
Məsti-eşq etdin məni, Məcnunü əmni neylərəm,Ey susamış qanıma, nərgizləri xunxar bir.
Ömr birdir, gün bu gündür, yetsə dəm, saət deməz,Baqi olmaz can bu təndə, fanidir, ədvar bir.
Heç günahsız bəndə olmaz, heç xətasız kimsə yox,Sən günahın görə görkil əfv edən Ğəffar bir.
Bu dükan yüz min dükandır, həq dükanıdır vəli,Şəhr birdir, kar birdir, asılırsan dar bir.
Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, sən təvəkkül həqqə qılgil çəkmə ğəm.On səkiz min aləmə hökm eyləyən sərdar bir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-asiq-oldur-kim-sozu-canu-dilile-yar-bir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə xacəyəm, nə də mal əksiyimdir,Nə sultanəm, nə xud qul əksiyimdir.
Nitqi-ənfasi-Məsihin dəmbədəm candır manaNitqi-ənfasi-Məsihin dəmbədəm candır mana,Çünki mən Xızrəm dodağın abi-heyvandır mana.
Novcavan ol pir ikən, dövran ki, canan dövridirNovcavan ol pir ikən, dövran ki, canan dövridir,Şad ol ey xəstə könül, kim, dərdə dərman dövridir.
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedirOl gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.