Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana,Çünki mən Xızrəm dodağın abi-heyvandır mana.

Bilməzəm aləmdə yarəb, gərdişi-əyyami-ğəm,Lütfi-ehsanınmıdır, ya cövri-hicrandır mana.

Vermişəm imanımı zənciri-zülfin küfrinə,Bəndi-zülfin küfrini gördüm nə imandır mana.

Dün rəqibi-kafiri-gümrahilə eybində kim,Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai birlə solmuş bir dəxi, ey şahi-hüsn,Ta dəhanın xatəmi-mehri-Süleymandır mana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов