Bu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.

Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə ğəm yemən,Çün xəyalini sənin dil sevgili mehman bilür.

İnciməz bu xəstə canım dərdi-hicrindən sənin,Cövri-qəhrin gəldiyincə lütf ilə ehsan bilür.

Çünki, birdir aşiqə qəhr ilə lütfin mənisi,Dil fəraqini vüsalü dərdini dərman bilür.

Макта — последний бейт с тахаллусом поэта. Ruzü şəb bülbül təki, eylər Xətai nalələr,Baği-hüsn içrə yüzünü çün güli-xəndan bilür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви