Cana, könüldə həmdəm olan qəm durur mana,Gör kim, fəraq evində nə həmdəm durur mana.

Ancaq yüzün görəndə sənin can degil məlul,Zülfin kimi könül dəxi bərhəm durur mana.

Dil təşnə olsa vadiyi-hicrində qəm yemən,Ləlin zülali çeşmeyi-Zəmzəm durur mana.

Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni,Bu çox bəla ki, hicrin edər kəm durur mana.

Miskin Xətai vəsl ilə yüz il yaşar, müdam,Bu ömr kim, zəmanədə bir dəm durur mana.

Ey cəmalın gülstani-baği-minudur mana,Cənnəti-rizvan ki, derlər ol səri-kudur mana.

Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana.

Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,Bu cəfaləri qılan ol yari-məhrudur mana.

Gecələr ta sübh olunca uyxu gəlməz eynimə,Ta xəyalın daima çeşmimdə qarşudur mana.

Макта — последний бейт с тахаллусом поэта. Onca yaş tökdi Xətai firqətindən, ey sənəm,Xancaru baxsam gözümdə yer yüzü sudur mana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви