Ey pəri, hüsnin sənin cani-cahandan yaxşıdır,Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır.

Gərçi Yəqubi zəif etdi fəraqi Yusifin,Zəf içində ol dəxi mən natəvandan yaxşıdır.

Öyməyin mahi-fələyin pərtövi-rüxsarini,Ol pərinin hüsnü mahi-asimandan yaxşıdır.

Aşiqi viranədən mən etmə, ey əql əhli, kim,Xəstədil Məcnunə səhra xanumandan yaxşıdır.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai cu kənarında nə baxsın sərvə kim,Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов