Bu aləm hüsninə heyrandır, ey dust!Sana bu qönçə ləb xəndandır, ey dust!

Mən ol Yəqubi-nisbət zar buldum,Cəmalın Yusifi-Kənandır, ey dust!

Hilali qaşını ta gördü çeşmim,Bu canım eydinə qurbandır, ey dust!

Sana bu künfəkan valeh bulubdur,Ki, hüsnin surəti-Rəhmandır, ey dust!

Cəmalın səfhəsində xəttü xalın,Yüzündə ayəti-Qurandır, ey dust.

Sənin eşqin vücudim şəhri içrə,Bu könlüm təxtinə sultandır, ey dust!

Макта — последний бейт с тахаллусом поэта. Xətaiyə demişsən cövr edim çox,Yenə lütfü yenə ehsandır, ey dust!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви