Ey könül, ol mənisiz cahili yar etməkmolur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey könül, ol mənisiz cahili yar etməkmolur,Mənisiz cahil sözünə etibar etməkmolur.
Həm onun qovli xətadır, həm qərari bivəfa,Öylə bir bədnam ilə qövlü qərar etməkmolur.
Xakpayi əhli-dil ol, olmagil cəhlə rəfiq,Çün əbabil var ikən zaği şikar etməkmolur.
Cəhlini ürfan edəndə xaki pay olgil ona,Əhli söhbət görəcək ondan kənar etməkmolur.
Hər kəs öz eybilə səttarına tutmuşdur yüzün,Sən onun eybini açıb, şərmsar etməkmolur.
Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub,Sən onun gizlicə sirrin aşikar etməkmolur.
Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, can fəda qıl bir vəfalı yar içün,Hər vəfasız bivəfanı ixtiyar etməkmolur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-ey-konul-ol-menisiz-cahili-yar-etmekmolur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həqin nüsxələrində bir bəyan var,Müqərrər biliniz kim, qanə-qan var.
Həsrətindən dilbəra, qaldı du çeşmim xabsizHəsrətindən dilbəra, qaldı du çeşmim xabsiz,Eylə kim yulduzlar olur gecə göydə xabsiz.
Hər dəm ğəmində naləvü ahim yetər manaHər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.
Hər kimə kim, səncəliyən bir pərivəş yar olaHər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.